top of page

Azərbaycanın FIFA referiləri UEFA-dan növbəti təyinat alıblar

Azərbaycanın FIFA referiləri UEFA-dan növbəti təyinat alıblar.


90plus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, əsas hakim Rauf Cabarov və FIFA referi köməkçisi Namiq Hüseynov 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda keçiriləcək oyunlarda iş başında olacaqlar.


İsveç, Xorvatiya, Uels və Albaniya komandalarının mübarizə aparacağı bu qrupun matçları oktyabrın 20-dən 26-dək Xorvatiyada təşkil ediləcək.


0 comments
bottom of page