top of page

Azərbaycanın U-21 millisi qaıib gəldi


Bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Türkiyənin Antalya şəhərində ikinci yoxlama oyununa çıxıb.

90plus.az xəbər verir ki, Samir Əliyevin komandası sloveniyalı həmyaşıdları ilə qarşılaşıb. Millimiz rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Yığmamızın heyətində 27-ci dəqiqədə Samir Abdullayev və 90-cı dəqiqədə Murad Vəliyev fərqləniblər.

Qeyd edək ki, Azərbaycan yığması bundan əvvəlki sınaq matçında Albaniyaya uduzub - 1:2.

0 comments
bottom of page