top of page

Ağabala Ramazanov qayıtdı!


Uzun zamandan bəri ağır zədəli olan "Səbail"in kapitanı Ağabala Ramazanov yaşıl meydanlara geri dönüb.

90plus.az xəbər verir ki, o, Misli Premyer Liqasının 31-ci turunda bu gün "Araz-Naxçıvan"la matçın 90+4-cü dəqiqəsində meydana daxil olub. Ağabala oyuna qoruyucu maskada çıxıb.


Oyun "Səbail"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Qeyd: Ağabala Ramazanov ötən ilin noyabrında “Turan Tovuz"a qarşı matçda rəqib futbolçusu ilə toqquşmadan sonra yerdə qalıb. Huşunu itirən futbolçu daha sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. 

0 comments
bottom of page