top of page

Böyük Britaniya Belarus idmançılarının vizalarını ləğv edib


Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Belarusun kişi basketbolçulardan ibarət yığma komandasının vizasını ləğv edib. 90plus.az xəbər verir ki, bu barədə nazir Priti Patel açıqlama verib. O bildirib ki, Birləşmiş Krallıq Rusiya prezidenti Vladimir Putinin heç nədən təxribata çəkdiyi və Rusiya ilə birlikdə Ukraynaya qanunsuz soxulan ölkələrin idman komandalarını qəbul etməyəcək. Fevralın 28-də Böyük Britaniya və Belarus yığmaları İngiltərənin Nyukasl şəhərində 2023-cü il Dünya Kubokunun seçmə oyununda üz-üzə gəlməli idilər.

0 comments
bottom of page