
Böyük Britaniya və İrlandiya 2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ortaq ev sahibliyi etmək istəyi ilə namizədliklərini irəli sürüb.
90plus.az "Sky Sports"a istinadən xəbər verir ki, onlar 2030-cu il dünya çempionatına təşkilatçılıq təklifini rədd ediblər.
Avropa çempionatı 2028-ci ildən 32 milli komandanın iştirakı ilə təşkil edilə bilər. Daha əvvəl bildirilib ki, 8 qrupdan 4-nün matçları İngiltərədə, qalan qrupların qarşılaşmaları isə Şotlandiya, Uels, Şimali İrlandiya və İrlandiyada oynanıla bilər.
Turniri keçirməyə namizəd ölkələr arasında Rusiya və Türkiyə də var.