Böyük Britaniyanın baş naziri: "Superliqa oyunları İngiltərədə keçirilməyəcək"


Böyük Britaniyanın baş naziri Boris Johnson İngiltərə Futbol Assosiasiyasının rəhbərliyi ilə görüşüb.


90plus.az "The Athletic"ə istinadən xəbər verir ki, iclasın əsas məqsədi nəhəng klubların təsis etdiyi Avropa Super Liqasının müzakirəsi olub.


Nazir görüş zamanı turnirin keçirilməsinə mane olacağına və onun dayandırılacağına söz verib. Həmçinin Johnson İngiltərədə Superliqa matçlarının təşkilinə qadağa qoyulacağını istisna etməyib.

0 comments