top of page

Böyük Dəbilqə: İdmançılarımız mübarizəyə başlayır


Bu gün Azərbaycanın 3 cüdoçusu İsrailin paytaxtı Təl-Əvivdə start götürəcək Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

90plus.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/8 finalda Braziliya təmsilçisi Rayan Konseysao ilə üz-üzə gələcək. Eyni çəkidəki Balabəy Ağayev Matan Kokolayev (İsrail) - Xulio Delqado (Kuba) cütünün qalibi ilə görüşəcək. 66 kq-dakı Yaşar Nəcəfov isə 1/16 finalda Ukraynadan olan Yevgeni Qonçarkonun müqavimətini qırmağa çalışacaq. Qeyd edək ki, 34 ölkədən ümumilikdə 298 (165 kişi, 133 qadın) cüdoçunun qatıldığı Böyük Dəbilqəyə fevralın 19-da yekun vurulacaq.

0 comments
bottom of page