"Böyük futbolun Şamaxıya getməsi oradakı gənclər üçün stimuldur"


"O stadionda olmasam da, Şamaxı maraqlı yerdir. Hamımıza deyirsiniz ki, Bakı çempionatıdır. Düşərli olsun ki, bölgələrimizin sayı çox olsun". 90plus.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev "Keşlə"nin adını dəyişdirilərək, Şamaxıya göndərilməsi barədə qərara münasibət bildirərkən deyib. O, Azərbaycan Premyer Liqasında yeni bölgə komandasının çıxışını müsbət qarşılayıb: "Qəbələyə getməkdən bezmişik. Böyük futbolun Şamaxıya getməsi oradakı gənclər üçün stimuldur. Bu addımı müsbət qarşılayıram. İnanıram ki, I Divizion klubları Premyer Liqada iştirak edəndən sonra çempionatımız daha da maraqlı olar".

0 comments