
"Liverpul"un baş məşqçisi Yurgen Klopp klubun vəziyyəti haqda danışıb.
90plus.az Mersisayd təmsilçisinin "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, o deyib: “Mən bizim mövqeyimizdən narazıyam. Bütün bunlara görə məsuliyyət daşıyıram. Tənqid etmək istəyirsənsə, məni tənqid edin. Səhv edən insanlar tərəfindən idarə olunmayın".
Qeyd edək ki, "Liverpul" İngiltərə Premyer Liqasında 20 matçdan sonra 29 xalla 10-cu yerdədir.