top of page

“Bütün həyatım boyu bunu yada salacağam” - Leandro Andrade


"Qarabağ"ın futbolçusu Leandro Andrade Avropa Liqasında "Hekken"i məğlub etdikləri matçdan (2:1) sonra təəsüratlarını bölüşüb.


90plus.az xəbər verir ki, kabo-verdeli yarımmüdafiəçi əvvəlcə 44-cü saniyədə vurduğu qoldan danışıb: “Faktiki olaraq, tez vurulan qol oyunun dəyişməsinə gətirib çıxarır. Amma bəzən bu, komanda üçün təhlükəli olur. Çünki hesabı tez açanda rahatlıq yarana, rəqib asan görünə bilər. Amma, şükür ki, bütün oyun boyu yaxşı göstəricini qoruyub saxlaya bildik”.


Andradenin 44-cü saniyədəki qolu:


24 yaşlı oyunçu tarix yazdıqlarını hələlik tam dərk etmədiyini bildirib: “Bunu edə biləcəyinə inanmalısan. Bizim tarix yazmağımız isə mənim üçün hələ də ağılasığmazdır. Bunun bir hissəsi olmağıma görə qürur duyuram. Bütün həyatım boyu bunu yada salacağam”.

Andrade pley-offda qarşılaşmaq istədiyi komandaları da qeyd edib:


"Mən həmin anı maksimum yaşamağa çalışıram, çünki bizim üçün yeni bir hissdir. Növbəti mərhələdə bütün rəqiblər bizim üçün çətin olacaq. Çünki hamısı böyük klublardır. Ancaq istərdim ki, Portuqaliya komandalardan biri olsun. Çünki mən orada böyüyüb başa çatmışam”.

0 comments
bottom of page