"Bütün oyunlar bizim üçün finala bərabərdir" - Andre Silva

Portuqaliya millisinin hücumçusu Andre Silva DÇ-2022-nin seçmə mərhələsində Azərbaycana 3:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib. 90plus.az xəbər verir ki, o, matçla bağlı bunları deyib: “Qarşılaşma bütün komanda və mənim üçün yaxşı keçdi. Qol vurmaq isə həmişə yaxşıdır. İlk dəqiqələrdən sonadək yaxşı oynadıq. Start heyətdə kimlərin yer alacağı dəqiq deyil. Mən və komanda yoldaşlarım əlimizdən gələni edirik. Rəqiblərimiz çətindir və bütün görüşlər bizim üçün finala bərabərdir. Bu gün qələbə qazanmaq vacib idi. Qarşıda daha 3 oyunumuz qalıb".

0 comments