Bütün yarımfinalçılar bəlli oldu!


UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin bütün iştirakçıları müəyyənləşib.


"90plus"un məlumatına görə, son olaraq, İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Yunayted" komandaları növbəti raunda vəsiqə qazanıblar.


"Kral klubu" evdə qalib gəldiyi İngiltərə "Liverpul"u ilə səfərdə qolsuz heç-heçəyə razılaşaraq, adını yarımfinala yazdırıb.


"Şəhərlilər" isə Mançesterdə 2:1 hesabı ilə məğlub etdiyi Dortmund təmsilçisinə səfərdə də eyni aqibəti yaşadıb. Halbuki matçda ilk qolu meydan sahibləri vurublar. 15-ci dəqiqədə 18 yaşlı ingiltərəli yarımmüdafiəçi Cud Bellingem həmyerlilərinin qapısına yol tapıb. Birinci hissə "Borussiya"nın minimal üstünlüyü ilə başa çatıb. İkinci yarıya daha yaxşı başlayan qonaqlar 55-ci dəqiqədə Riyad Mahrezin penaltidən vurduğu qolla tarazlığı bərpa ediblər. 75-ci dəqiqədə isə Fil Foden komandasına qələbə qazandıran qolun müəllifi olub.


UEFA Çempionlar Liqası, 1/4 final


Cavab oyunları


23:00. "Borussiya" Dortmund (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 1:2


Qollar: Cud Bellingem, 15 - Riyad Mahrez, 55 (penalti), Fil Foden, 75


İlk oyun - 1:2




23:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 0:0



İlk oyun - 1:3



Qeyd edək ki, "Mançester Siti" yarımfinalda Fransa PSJ-si, "Real Madrid" isə İngiltərənin "Çelsi" klubu ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları 27 - 28 apreldə, cavab qarşılaşmaları 4 - 5 mayda olacaq.


Final oyunu isə mayın 29-da Türkiyənin İstanbul şəhərində keçiriləcək.

0 comments