top of page

Bütün zamanlarda ən çox qol vuran futbolçuların adları açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFHS) bütün zamanların beynəlxalq arenalarda ən çox qol vuran futbolçularının adlarını açıqlayıb.


90plus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıya Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo başçılıq edir.

37 yaşlı ulduz futbolçu beynəlxalq klub yarışlarında 152, milli komandada isə 118 dəfə fərqlənib.


Onu Argentina yığmasının və Fransanın PSJ klubunun hücumçusu Lionel Messi izləyir. İlk “üçlüy”ün son sakini Robert Levandovski də həmkarları kimi, karyerasını davam etdirir.


Ümumilikdə 27 oyunçu futbol tarixində beynəlxalq arenalarda 100 qol həddinə çata bilib.



0 comments
bottom of page