top of page

Bütün zamanların rəmzi komandası açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bütün zamanların rəmzi komandasını açıqlayıb.


90plus.az IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, siyahıda müasir futbolun əfsanələri Lionel Messi ilə Kriştianu Ronaldu da yer alıblar.


Bütün dövrlərin ən yaxşı "11-liy"inə aşağıdakı oyunçuların adları daxil edilib:


Qapıçı: Lev Yaşin (SSRİ)


Müdafiəçilər: Kafu (Braziliya), Frants Bekkenbauer (Almaniya), Franko Barezi, Paulo Maldini (hər ikisi İtaliya)


Yarımmüdafiəçilər: Dieqo Maradona (Argentina), Xavi Ernandes (İspaniya), Yohan Kroyf (Niderland)


Hücumçular: Lionel Messi (Argentina), Kriştianu Ronaldu (Portuqaliya), Pele (Braziliya)



0 comments
bottom of page