top of page

Bəhlul Mustafazadə cəzalı duruma düşüb


"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə cəzalı duruma düşüb.

90plus.az xəbər verir ki, buna onun Misli Premyer Liqasının 21-ci turunda  hazırda davam edən "Kəpəz"ə qarşı matçda bu mövsüm 4-cü sarı vərəqə alması səbəb olub. Beləliklə, 25 yaşlı müdafiəçi ölkə çempionatının 22-ci turunda  "Sabah"la görüşü buraxacaq.

Qeyd edək ki, "Qarabağ" - "Sabah" oyunu fevralın 11-i keçiriləcək.

0 comments
bottom of page