Bəhlulun agenti "Sabah"-ın açıqlamasının yalan olduğunu deyib


90plus.az xəbər verir ki, müdafiəçinin agenti Səbuhi Səfiyarlı bildirib ki, Danimarkanın "Vejle" klubunun təklifi real olsa da, "Sabah" oyunçunu buraxmayıb.

Mustafazadə də Danimarka təmsilçisində oynamaq istəyib:


"Futbolçu özü də getmək istəyirdi. "Sabah" rəhbərliyi ilə nə qədər danışsaq da, alınmadı. Dedilər ki, klubumuzun vəziyyəti çətindir, buraxa bilmərik. Belə səbəb göstərdilər. Klub açıqlama verib ki, şərtlərlə razılaşmadıq. Yalandır, heç bir şərt müzakirə olunmadı. Dedilər ki, özümüzə lazımdır. klubun vəziyyəti çətindir, buraxmırıq.

Bəhlul 5 aylıq icarəyə verilməli idi, yayda isə müqavilənin imzalanması planlaşdırılırdı. Çünki heç kim azərbaycanlı futbolçunu birdən-birə inanıb ala və aparıb oynada bilməz. Özü də Danimarka kimi ölkədə. Yarım ilədək oynadıb bacarığına əmin olmaq istəyirdilər. "Sabah" klubu bu şərtlərin heç birini müzakirə etmədi. Nə qədər israr etsək də, danışsaq da faydası olmadı".

0 comments