top of page

Bəhruz Qurbanlı İspaniya klubuna transfer olunub


Azərbaycanlı futbolçu Bəhruz Qurbanlı karyerasını İspaniyanın "Union Deportivo Montijo" komandasında davam etdirəcək.


90plus.az klubun media hesabına istinadən xəbər verir ki, "Neftçi"nin üzvü olmuş 18 yaşlı hücumçu ilə uzunmüddətli müqavilə imzalanıb.


Qeyd: "Union Deportivo Montijo" Sequnda divizionunun (statusuna görə İspaniyada 4-cü liqa) 5-ci qrupunda yarışır. Hazırda "Union Deportivo Montijo" 18 komanda arasında 17-ci yerdədir.

0 comments
bottom of page