"Bəli, etirazım gülməli alınıb"

"Tottenhem”in baş məşqçisi Joze Mourinyo “Mançester Sitə” ilə oyunda hakimə etiraz etməsi ilə bağlı yayılan videosundan danışıb.

90plus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis hərəkətlərinin gülməli olduğunu etiraf edib və onu da bildirib ki, etirazı haqlı olub: “Bəli, həmin video gülməli alınıb. Ancaq hakimə olan etirazım əsassız deyildi. Artıq biz də hakimlər kimi bəzi görüntüləri izləyə bilirik. Ona görə də epizodlara etiraz etməyimiz normaldır. Həmin anda da eynən belə bir vəziyyət yarandı. Düzdür, etirazım gülməli alınsa da, haqqsız deyildim”. Xatırladaq ki, Joze Mourinyonun Premyer Liqanın son turunda etdiyi bu hərəkət sosial şəbəkələrdə yayılıb və maraqla zilənilir.

https://youtu.be/4BVTOveAwXo

0 comments