
Türkiyə 1-ci Liqasında 11-ci turun oyunları keçirilir.
90plus.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadənin çıxış etdiyi "Tuzlaspor" "Erzurumspor"u qəbul edib. Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 47-ci dəqiqədə Celal Hanalp vurub.
Start heyətdə meydana çıxan Bəxtiyar sona qədər oynayıb.
"Tuzlaspor" hazırda 7 xalla 16-cı pillədə qərarlaşıb.