top of page

"Bəzi epizodlarda mövqe seçimi onu məktəbliyə bənzədirdi"

“Mançester Yunayted”in keçmiş futbolçusu Qari Nevill İngiltərə Premyer Liqasının 30-cu turunun “Liverpul” – “Arsenal” (2:2) qarşılaşması haqda fikir bildirib.


90plus.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, “Liverpul”un ingiltərəli müdafiəçisi Trent Aleksandr-Arnoldun oyununu dəyərləndirib:


“Hücumların qurulmasında əla çıxış edirdi. Amma müdafiədəki oyunu ürək bulandırırdı. Bəzi epizodlarda mövqe seçimi onu məktəbliyə bənzədirdi”.


Arnold cari mövsümdə Mersisayd təmsilçisinin heyətində 38 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.


“Liverpul” hazırda İngiltərə çempionatının turnir cədvəlində 44 xalla səkkizinci, “topçular” isə 73 xalla birincidir.



0 comments
bottom of page