"Başımızı dik tutmalıyıq" - Çalhanoğlu


"Turnirə böyük hədəflərlə gəldik, xəyal qurduq. Ancaq istədiyimiz kimi olmadı. Buna görə çox məyusuq. Burak Yılmaz, mən və Ozan kapitanlar olaraq məsuliyyəti öz üzərimizə götürürük. Turnirin ən gənc komandası bizik, təcrübə topladıq".

90plus.az "NTV Spor"a istinadən xəbər verir ki, bu sözləri Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu Avro-2020-nin qrup mərhələsinin sonuncu turunda İsveçrəyə 1:3 hesab ilə uduzduqları oyundan sonra deyib. "Qarşıda dünya çempionatı var. Azarkeşlərimizi məyus etdik. Yolumuza davam etmək məcburiyyətindəyik. Başımızı uca tutmalıyıq. "Avro-2016"da oynayan sadəcə üç futbolçu var idi. Mən, Ozan və Burak Yılmaz. Önümüzdə daha çox turnir var" - deyə o bildirib.

0 comments