Baş hakim Portuqaliyadan üzr istədi

Hollandiyalı baş hakim Danni Makkeli DÇ-2022-nin seçmə mərhələsində Kriştiano Ronaldonun uzatma dəqiqələrində Serbiyaya vurduğu təmiz qolu saymadığı üçün üzr istəyib.

90plus.xəbər verir ki, bu barədə Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş danışıb. 66 yaşlı mütəxəssis Makkelinin matçdan sonra epizodun təkrarına baxdıqdan sonra üzrxahlıq etdiyini bildirib: "O, hələ meydançada mənə dedi ki, görüntülərə baxacaq və əsas olarsa, üzr istəmək niyyətindədir. Belə də oldu, üzr istədi".

Qeyd edək ki, Serbiya - Portuqaliya matçı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

0 comments