top of page

Baş məşqçi futbolçularına görə Ukraynanı tərk etmir


"Şaxtyor" (Donetsk) klubunun baş məşqçisi Roberto De Zerbi Ukraynanı tərk etmək istəmir. 90plus.az xəbər verir ki, 43 yaşlı italiyalı mütəxəssis bütün əcnəbi futbolçular evakuasiya edilənədək ölkədən ayrılmamaq qərarına gəlib. Legionerlərin çoxu artıq Ukraynadan təxliyə olunub. Bununla belə, bir neçə italyan oyunçunun hazırda paytaxt Kiyevdə olduğu bildirilib. De Zerbinin ölkəni tərk etmək imkanı olsa da, baş məşqçi futbolçulara görə bundan imtina edib. Qeyd edək ki, Ukrayna Premyer Liqası fevralın 24-də dayandırılıb.

0 comments
bottom of page