Baş məşqçiyə 20 oyunluq cəza 

AFFA U-17 Liqasında yarışan “Xəzər Lənkəran” komandasının baş məşqçisi Ağadadaş Həmidova sərt cəza tətbiq edib.

90plus.az xəbər verir ki, bununla bağlı qurumun İntizam Komitəsi qərar çıxarıb. Müvafiq qərar AFFA-nın saytında açıqlanıb. Daha ətraflı Qərarda qeyd edilir ki, fevralın 29-u U-17 Liqasında keçirilən “Xəzər Lənkəran” - “Qarabağ” oyununun 87-ci dəqiqəsində meydan sahibi komandanın baş məşqçisi Ağadadaş Həmidov köməkçi hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Qarşılaşmanın 90-cı dəqiqəsində isə o, yenidən meydana daxil olaraq, köməkçi hakimə fiziki təzyiq göstərib, ayaqla zərbə endirib. Bu səbəbdən məşqçi 20 oyunluq cəzalanıb.

0 comments