"Başa düşürük ki, "Mançester Siti" nümunəvidir"


"Çelsi"nin baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının finalında "Mançester Siti" ilə qarşılaşacaqları oyun barədə danışıb. 90plus.az xəbər verir ki, o, deyib: "Sabah rəqib çox fərqli oynayacaq, amma lazım olduqda necə cəsarətli davranacağımızı bilirik. Pepin komandasına qarşı oynamaq həmişə çətin olur. O, mükəmməl səviyyədə özünə inamlı komandalar qurur.


Bəlkə də bu, Avropanın və hətta dünyanın ən güclü komandasıdır. Çox yaxşı başa düşürük ki, "Mançester Siti" nümunəvidir. Ancaq futbolda həmişə fərqi azaltmaq şansınız var. Bunu indiyədək necə etdik? Birləşib, tək komanda olduq, özümüzə inandıq və hər saniyədə mübarizə apardıq".

0 comments

Recent Posts

See All