"Başakşəhər" Avropa liqasında azarkeşsiz 

Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Kopenhagen" (Danimarka) - "Başakşehir" (Türkiyə) matçı azarkeşsiz oynanılacaq.

90plus.az xəbər verir ki, bu barədə Danimarka klubunun rəsmi saytı məlumat yayıb. Koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün bu qərar verilib. "Kopenhagen" - "Başakşehir" matçı martın 12-də Kopenhagendə olacaq. Xatırladaq ki, Çempionlar Liqasının 1/8 final mərhələsində "Valensiya” - "Atalanta" və Avropa Liqasının 1/8 final mərhələsinin "İnter" - "Xetafe" oyunları da eyni səbəbdən azarkeşsiz keçiriləcək.

0 comments