top of page

"Başakşəhər"dən növbəti xal itkisi

Türkiyə Super Liqasının 26-cı turunda "Fatih Karagümrük" "Başakşəhər"i qəbul edib.


90plus.az xəbər verir ki, qol dueli şəklində keçən qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb və hər iki komanda meydanı bir xalla tərk edib.


“Fatih Karagümrük”ün qollarını Borini və Diaqne penaltidən vurub. “Başakşəhər”in qollarını isə Aleksiç və Serdar Gürler vurub.


Bu nəticə ilə “Karagümrük”ün xalı 31-ə yüksəlib. “Başakşəhər” isə xalını 41-ə çatdırdı.



0 comments
bottom of page