"Başakşəhər"in 3 qollu 3 xalı



Türkiyə Superliqasında 20-ci tura start verilib.

90plus.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib. Açılış matçında “Başakşəhər” “Gənclərbirliyi”ni qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.

"Başakşəhər" – "Gənclərbirliyi" - 3:1 Qollar: Krivelli, 8 (1:0),  Ayite, 29 (1:1), Vişça, 48 (2:1), 73 (3:1)

Bu qələbə ilə xalını 39-a yüksəldən İstanbul təmsilçisi turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Sivasspor" 41 xalla 1-ci, "Fənərbaxça" 37 xalla 3-cüdür.

0 comments