“Başakşəhər” klubu oyunçusu Youssouf Ndayişimiyenin "Nitsa"ya keçdiyini açıqlayıb.
90plus.az “Trt Spor”a istinadən xəbər verir ki, Fransa klubu 24 yaşlı yarımmüdafiəçini 16 milyon avroya transfer edib.
Qeyd edək ki, oyunçunu 2020-ci ildə “Yeni Malatyaspor” klubu cəmi 45 min avroya, “Başakşəhər” isə 2021-ci ildə onlardan 2.15 milyon avroya transfer edib.
