top of page

"Başakşəhər" qapıçısı ilə yeni müqavilə imzaladı

Türkiyənin “Başakşəhər” klubu qapıçısı Məhəmməd Şengezerlə yeni müqavilə bağlayıb.


90plus.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.


Tərəflər arasındakı müqavilənin müddəti daha 2 ilə uzadılıb. Beləliklə, 25 yaşlı qolkiper yeni sözləşməyə əsasən 2026-cı ilin yayına kimi “Başakşəhər”in uğurları üçün çalışmağa davam edəcək.

Şengezer 2019/20 mövsümündən etibarən “Başakşəhər”də çıxış edir. O, bu mövsüm 12 matçda iştirak edib.



0 comments

Recent Posts

See All
bottom of page