"Başakşəhər" Türkiyə çempionu oldu

Türkiyə Superliqasında 2019-2020 mövsümünün qalibi bəlli olub.

90plus.az xəbər verir ki, son bir tur qalmış – 33-cü turda “Başakşəhər” çempionluğunu rəsmiləşdirib.

Ən yaxın izləyicisi “Trabzonspor”un evdə “Konyaspor”a uduzması (3:4) İstanbul klubunun çempion edib. Lakin “Qaradənizlilər” qalib gəlsə, belə, Okan Burukun komandası birinci olacaqdı. Çünki "Başakşəhər" bir qədər əvvəl başa çatan görüşdə “Kayserispor”u məğlub edib – 1:0. Bu nəticə ilə “Başakşəhər”in 69, “Trabzonspor”un 62 xalı olub. Beləliklə, İstanbul klubu tarixində ilk dəfə çempionlu sevinci yaşayıb.

0 comments