Babayan - Emil haqqında



"Tobol”un baş məşqçisi Qriqori Babayan komandasının yeni başlayan hazırlığı və futbolçularının durumu haqda fikirlərini bildirib.

90plus.az xəbər verir ki, klubun rəsmi saytına geniş müsahibəsində o, Azərbaycan millisinin qapıçısı Emil Balayev haqda qısaca, bir cümləlik fikir bildirib: “Balayev planlaşdırılmış reabilitasiya üçün Türkiyəyə gedib”.

Qeyd edək ki, son günlər Qazaxıstan və Azərbaycan mətbuatında Emil Balayevin “Tobol”un tərk edəcəyi haqda məlumatlar yayılıb. Buna yeni baş məşqçi Qriqori Babayanın milliyyətcə erməni olması səbəb kimi göstərilib. Hələlik Q.Babayan məsələ ilə bağlı heç bir fikir bildirməyib.

0 comments