Badmintonçularımız 5 medalla qayıdır!


Azərbaycanın yeniyetmə və gənc badmintonçuları Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında 1 qızıl, 3 gümüş və 1 bürüc medal qazanıb. 90plus.az xəbər verir ki, oğlan badmintonçuların şəxsi yarışında Diki Pangestu finalda Qazaxıstan idmançısı Dmitriy Panarini 2:0 hesabı ilə məğlub edərək MDB oyunlarının qalibi olub. Qızların şəxsi yarışında Era Maftuha finalda Rusiya təmsilçisi Mariya Qolubevaya 0:2 hesabı ilə uduzaraq gümüş medala layiq görülüb. Oğlanların qoşa yarışında Diki Pangestu - Məhəmməd Xədafi cütü finalda Rusiya badmintonçuları Georgiy Lebedev - Lev Barinov tandemi ilə qarşılaşıb. 3 set davam edən qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qarışıq-qoşa yarışında yarımfinalda Pavel Moniç - Regina Qaliaxmetova (Rusiya) cütünə 0:2 hesabı ilə uduzan Aqil Qəbilov - Era Maftuha tandemi müvafiq kateqoriyada bürünc medal qazanıb. Qeyd edək ki, daha öncə yeniyetmə və gənc badmintonçularımızdan ibarət Azərbaycan millisi komanda yarışında gümüş medal qazanıb.(Report)

0 comments