"Bakı böyük uğurumuza şahidlik edə bilər" - Nihat Özdəmir



Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir milli yığmanın Avro-2020 matçlarını Bakıda keçirməsi barədə fikir bildirib.


90plus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Bakı Olimpiya Stadionunun Türkiyə yığmasının matçlarında tam dolacağına inandığını deyib:

“2 oyunumuzu Bakıda keçirəcəyik və bu, bizim üçün böyük üstünlükdür: iki dövlət, bir millət. Bakıda stadion tam dolu olacaq. Azarkeş üstünlüyümüzdən yararlanıb qrupdan çıxa bilərik. Bakı bizim böyük uğurumuza şahidlik edə bilər. Bizi dəstəkləyəcək hər kəs indidən bilet ala bilər”.

Xatırladaq ki, “A” qrupunun Bakıda keçiriləcək oyunlarında Türkiyə Uels və İsveçrə yığmalarıyla qarşılaşacaq.

0 comments