Bakı küçələrində maskotların paradı!




Futbol üzrə Avropa çempionatının 4 oyununa ev sahibliyi edəcək Bakıda personajların paradı keçirilib.

"90plus"un məlumatına görə, Heydər Əliyev mərkəzinin qarşısında təşkil edilən tədbirə Türkiyə, İsveçrə və Uels yığmalarını təmsil edən rəqqaslar, musiqiçilər, maskotlar və azarkeşlər cəlb olunub.

Qeyd edək ki, Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

0 comments