top of page

Bakıda daha iki yol nəqliyyatın hərəkətinə bağlanacaq

Bakıda daha iki yol nəqliyyatın hərəkətinə bağlanacaq.


Bu barədə 90plus.az - a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.


Bildirilib ki, bu gün gecə saat 23:00-dan etibarən Rəsul Rza küçəsinin Neftçilər prospekti ilə kəsişməsi və Adil İsgəndərov küçəsinin Niyazi küçəsi ilə kəsişməsi nəqliyyatın hərəkətinə bağlanacaq.


Buna səbəb Formula 1 üzrə Azərbaycan qran-prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılması prosesinin davam etdirilməsidir.


Azərbaycan qran-prisi 28-30 apreldə keçiriləcək.



0 comments
bottom of page