top of page

Bakıda FIFA turniri olacaq!


Bu il martın 22-də Bakıda “FIFA series” turniri keçiriləcək.


90plus.az "AZƏRTAC"a istinadla xəbər verir ki, miniturnirdə iki oyun günü nəzərdə tutulub. Martın 22-də Azərbaycan millisi Monqolustanla, Bolqarıstan yığması Tanzaniya ilə üz-üzə gələcək. 


Üç gün sonra isə yığmamız Bolqarıstanı, Tanzaniya isə Monqolustanı sınağa çəkəcək. 


Qeyd: "FIFA series” ali futbol qurumunun yeni layihəsidir. Miniturnir təqvimdə olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə təşkil olunacaq və orada fərqli konfederasiyalardan A milli komandalar iştirak edəcəklər. 

0 comments
bottom of page