
"Neftçi"nin xorvatiyalı qapıçısı İvan Brkiç ölkəsinin "Vecernji list" nəşrinə açıqlama verib.
90plus.az xəbər verir ki, Bakı təmsilçisi ilə yeni müqavilə imzalayan 27 yaşlı oyunçu 5-ci liqa klublarından da təklif aldığını deyib:
"Klubumla razılaşdıq, daha iki il burada qalacağam . Bakıda xoşbəxtəm, ona görə də nəyisə dəyişməyə səbəb görmürəm. Mənə hətta beşinci liqa klublarından da bir neçə yaxşı təklif var idi. Amma ən konkret təklifi "Neftçi" göndərmişdi".
Qeyd edək ki, 2022-ci ilin yanvarından “Neftçi”də çıxış edən Brkiç bu müddətdə 37-si çempionat, 9-u kubok, 4-ü avrokubok olmaqla 50 rəsmi matçda qapını qoruyub. O, bu ay klubu ilə 2 illik yeni müqavilə imzalayıb.