"Bakıya qələbə ilə dönmək istəyirik" - "Neftçi"nin futbolçusu



90plus.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Harramiz Soareş İsraildə "Makkabi" (Hayfa) klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransında deyib.


San-Tome və Prinsipidən olan hücumçu bildirib ki, bundan əvvəlki komandalarda fərqli sistemdə oynamağa öyrəşib: "Daha çox sağ və sol cinah yarımmüdafiəçisi, həmçinin hücumçu kimi çıxış edirdim. Bununla belə, baş məşqçinin etimadını doğrultmağa çalışıram. Mənim üçün önəmli olan komandaya xeyir verməkdir".

Qeyd edək ki, avqustun 26-da "Sammi Ofer" stadionunda keçiriləcək "Makkabi" - "Neftçi" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk qarşılaşmada heç-heçə qeydə alınıb - 3:3. (Report)

0 comments