top of page

Balaca Messinin müsahibəsi yayılıb


Lionel Messinin uşaqlıq klubu “Newell's Old Boys”dakı görüntüləri sosial şəbəkələrdə yayılıb.


90plus.az xarici mediaya istinadla balaca Messinin oyundan sonrakı ilk müsahibələrindən birini təqdim edir:


Jurnalist: “Messi, gələ bilərsən?”


Messi: “Gözlə, gəlirəm”


Jurnalist: “Adın nədir?”


Messi: “Lionel Messi”


Jurnalist: “Sən matçın ən yaxşı oyunçusu seçildin. Bilirsən bunu?”


Messi: “Yox”


Jurnalist: “Qolların haqqında bizə danışa bilərsən?”


Messi: “İkinci qol haqda?”


Jurnalist: “Bəli, ikinci qol”


Messi: “Top Federiko Rossodan gəldi, Qriggini onu Lukasa, Lukas isə mənə verdi, mən də qol vurdum”


Jurnalist: “Sən 2 qol vurdun, elədir?”


Messi: “Bəli”


Jurnalist: “Qolunu kimə həsr edirsən?”


Messi: “Atama, əmimə, bütün ailəmə və məni tanıyan hər kəsə”.

Bu da həmin videomüsahibə:

0 comments
bottom of page