“Adana Dəmispor”un hücumçusu Mario Balotelli “Milan”a qayıtmaq istəyində olduğunu gizlətməyib.
90plus.az “ITA Sport Press”-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu “San Siro” kimi stadionda oynamaq üçün güclü xarakterin lazım olduğunu söyləyib:
“Gənc oyunçular “San Siro” kimi stadionda oynayanda utanırlar. Bunun üçün güclü xarakter tələb olunur. Bəlkə, “Milan”ın hələ də Olivye Jiru üçün tərəfdaşa ehtiyacı var? Mən buradayam”.
