Balotelli milliyə qayıdır


"Adana Demirspor" klubunun futbolçusu Mario Balotelli İtaliya millisinə qayıdır. 90plus.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano bildirib. Yığmanın baş məşqçisi Roberto Mançini 32 yaşlı hücumçuya yeni şans verəcək. Qərar yaxın zamanda rəsmi olaraq açıqlanacaq. Qeyd edək ki, Mario Balotelli 2021-ci ildə "Adana Demirspor"a keçib.

0 comments