Balotelliyə dəvət göndərdiyini etiraf etdi – Berluskoni

“Milan”ın keçmiş sahibi, hazırda “Monza”nın prezidenti olan Silvio Berluskoni komandanın hədəfləri barədə danışıb.

90plus.az xəbər verir ki, Berluskoni “Adana Dəmirspor”un hücumçusu Mario Balotelliyə təklif göndərdiyini etiraf edib:


“Monza”nı super komanda edə bilərik. Kaş ki, A Seriyasına çıxış başlanğıc olaydı. Bu uğuru qeyd etmək gözəldir, lakin yeni gün bizi həm də gələcək haqqında düşünməyə vadar edir.


Komandanın bütün oyunçuları bir-biri ilə yaxşı anlaşır. Düşünmürəm ki, kimsə getməyi planlaşdırır.


Balotelli? Bəli, ondan xahiş etdim ki, bizim komandaya keçsin”.

0 comments