"Bambali- motivasiya mənbəyim" - Sadio Mane



"Nə qədər motivasiya olduğumu izah edə bilmərəm. Mənə güc verirlər". 90plus.az xəbər verir ki, bu sözləri "Liverpul"un futbolçusu Sadio Mane klubun rəsmi saytına açıqlamasında deyib.

O, böyüb başa çatdığı Seneqalın Bambali kənd sakinlərinin ona dəstək olduğunu söyləyib: "Həmin insanları görəndə onları qürurlandırmaq üçün daha çox çalışmaq istəyirəm. Çünki çox xoşbəxt olurlar. Mənim üçün etdiklərinin qarşılığını vermək məcburiyyətindəyəm. Kəndimizdə möhtəşəm futbolçular var idi. Ancaq uğurlu olmadılar. Ona görə də mənim nailiyyətlərim onlar üçün çox özəldir. Onlar mənim ilham pərimdirlər".

0 comments

Recent Posts

See All