Banişevski Avropa çempionatlarının rekordçuları sırasında

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropa çempinatları tarixində ən çox oyuna çıxmaqla rekorda imza atan futbolçuların siyahısını dərc edib.

90plus.az qurumun saytına istinadən xəbər verir ki, siyahıda SSRİ yığmasının və "Neftçi"nin sabiq hücumçusu Anatoli Banişevskinin adı da yer alıb.


SSRİ komandasının 3 üzvü - Valentin İvanov, Lev Yaşin və Viktor Ponedelnik Avro-1964-ün final mərhələsində 4 oyun keçiriblər. Bu, həmin vaxt çempionatın rekordu sayılıb.

1972-ci ildəki Avropa çempionatında Antoli Banişevski, Farian Albert (Macarıstan), Yuri İstomin, Vladimir Kapliçnıy (hər ikisi SSRİ yığması) bu uğuru təkrarlayıb.


Yekun rekord Portuqaliya millisinin üzvü Kriştiano Ronaldoya məxsusdur. O, Avropa çempionatlarında 21 oyuna çıxıb.


Qeyd edək ki, Anatoli Banişevski 1968 və 1972-ci ildə SSRİ yığmasının heyətində Avropa çempionatında oynayıb. O, 1972-ci ildə komanda ilə birlikdə gümüş medal qazanıb.

0 comments