"Bankda 300 milyon avrom var"

"Los Anceles Qelaksi"nin futbolçusu Joao Pedro keçmiş komanda yoldaşı Zlatan İbrahimoviç haqda şok açıqlama verib.

90plus.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi “Record”a müsahibəsində bildirib ki, Zlatan MLS liqasında "Dinamo" ilə oyundan sonra komanda yoldaşlarını ölümlə təhdid edib:

“Hyuston “Dinamo”su ilə oyunda hesabda öndə olsaq da, daha sonra qollar buraxıb, geri düşdük. Oyunu 2:3 hesabı ilə uduzduq. Matçdan sonra isə Zlatan bizi gözəl şəkildə “başa saldı”. O, bizə dedi: “Əgər bura çimərliyə getmək və ya Hollivudu gəzmək üçün gəlmisinizsə, deyin, bilim. Bankda 300 milyonum var və bir adaya sahibəm. Bunların heç birinə ehtiyacım yoxdur. Əgər kimsə ağzını açsa, onu öldürərəm. Həqiqətən bunu edərəm". Pedro eyni zamanda, Zlatanın məşqlərdə də diqqət mərkəzində olmaq istədiyini bildirib: “Məşq vaxtı 11-11-ə futbol oynayacaqdıq. Başlama vuruşunu kimin vuracağını soruşarkən,  məşqçimiz “Joao Pedro vursun, onun doğum günüdür” dedi. İbrahimoviç isə ona tərəf dönüb, “hər gün mənim doğum günümdür, topu mənə ver” deyib, qəhqəhə ilə güldü”. Qeyd edək ki, hazırda “Milan”ın üzvü olan 38 yaşlı İbrahimoviç 2018-2019-cu illərdə ABŞ klubunda çıxış edib və 58 oyuna 53 qol vurub.

0 comments