"Barcelona" 250 milyona 3 oyunçu gətirəcək


90plus.az xəbər verir ki, bunu "Marca"ya açıqlamasında klubun prezidentliyinə namizədlərdən biri olan Toni Freixa bildirib.


Funksioner seçiləcəyi təqdirdə, transferlərə ayrılacaq məbləği də açıqlayıb:

"Kluba 250 milyon avro verməyə hazır olan investorla razılaşdıq. Bununla da növbəti mövsüm hücum və müdafiə xətti üçün 3 ulduz futbolçu ilə müqavilə bağlaya biləcəyik".


0 comments