"Barcelona"dan Messiyə yeni təklif


90plus.az ESPN-ə istinadən xəbər verir ki, "Barcelona" Lionel Messiyə 3 illik müqavilə təklif etmək istəyir.


Klub rəhbərliyi argentinalı futbolçuya 2+1 illik müqavilə və illik 75 milyon avro maaş təklif edir. Bundan əlavə, Juan Laporta Neymar və Erlinq Haalandın komandaya transfer olunması üçün əlindən gələni edir.


Messinin atası və meneceri olan Jorje Messinin Barselona şəhərinə gələrək, müqaviləni müzakirə edəcəyi bildirilir.

0 comments