"Barcelona" klubunun oyunçusu ciddi zədələnib!

90plus.az "Marca" qəzetinə istinadən xəbər verir ki, katalonların 28 yaşlı müdafiəçisi Sergi Roberto zədələnib.O, "Kopa Del Rey"də "Granada" klubuna qarşı oyunda zədələnib. Sergi Roberto 2 aylıq sıradan çıxıb.

Bununla da oyunçu "PSG"lə oyunu buraxmalı olacaq. Ümumiyyətlə bu mövsüm oyunçu üçün heç yaxşı keçməyib. Bundan əvvəl o, koronavirusa yoluxmuşdu. Sergi bu mövsüm 22 oyunu buraxmalı olub.



0 comments

Recent Posts

See All