"Barcelona" "Liverpool"-a borcludur



"Barcelona" 2018-ci ilin qışında transfer etdiyi Coutinhonun transfer məbləğini "Liverpool"-a tam olaraq ödəməyib.


Kataloniya klubunun maliyyə hesabatına görə, "Barça" braziliyalı üçün ingilis klubuna 29 milyon avro daha ödəməlidir.


Qeyd edək ki, razılaşma Kataloniya təmsilçisinə 120 + 40 milyon avroya başa gəldi. Futbolçunun müqaviləsi 2023-cü ilə qədər bağlanıb.


0 comments